Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Microtech LLC Korporativ satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
- Şirkətin müştəri bazasının artırılması
- Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasının həyata keçirilməsi
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması
- Satış haqqında gündəlik və aylıq hesabatların hazırlanması
- Rəhbərin təlimatına əsasən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil
- Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar
- Azərbaycan, rus və ingilis (arzu olunandır) dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- MS Office proqramları üzrə biliklər
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Yaş həddi: 22-45 yaş
- Planlama qabiliyyəti və yüksək təşkilatçılıq bacarığı
- İşgüzar, məsuliyyətli, ünsiyətçil olmalı
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00, həftənin bazar ertəsi – cümə günləri
- İstirahət günü: şənbə, bazar günləri
- İşçi korporativ nömrə ilə təmin edilir
- İşçi ilə şirkət arasında bütün münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun tənzimlənir
- İş yerində təhlükəsiz iş şəraiti yaradılmışdır
- Əmək haqqı + bonus
Maraqlananlar öz şəkilli CV formalarını cv@microtech.az ünvanına göndərə bilər. Qeyd: məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək və Cvnin şəkilli olması mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...