Qısa məzmun
TuranBank ASC Təsərrüfat və təchizat şöbəsi müdir vəzifəsi üzrə vakansiya elan edir. Problemi həll etmək bacarığı olmalıdır.
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Bankın risk menecment, kredit və audit bölmələrində 3 il və daha çox iş təcrübəsi;
- Problemi həll etmək bacarığı;
- Analitik düşüncə, müxtəlif hesabatları hazırlama və təhlil etmə bacarığı;
- İşə yaradıcı yanaşmaq və yeni ideyaları yaratmaq bacarığı;
- İşdə düzgünlük, operativlik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətcillik;
- Rus və İngilis dillərində yazma, oxuma və başa düşmə bacarığı (Beynəlxalq sertifikat və ya diplomları olan olan namizədlərə üstünlük veriləcək);
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.
Vəzifə öhdəlikləri:
- Kredit reytinq və skorinq sistemlərinin fəaliyyətini qiymətləndirilməsində (nəzarətdə) iştirak etmək;
- Risk Xəritəsinin hazırlanmasında iştirak etmək;
- Kredit risklərinin müəyyənləşdirilməsi və ölçülməsində iştirak etmək, müvafiq təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə eilməsi və hesabatların hazırlanması;
- Müvafiq olaraq kreditləşmə üzrə skorinq, bonus sistemi və problemli kreditlər üzrə adekvat təqib modellərinin hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
- İri həcmli məlumat bazası ilə işləmək;
- Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi və nəticələrinin analiz olunması;
- Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlər üzrə ehtiyyatların yaradılması;
- Kredit əməkdaşlarının mükafatlandırma sisteminin daimi qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələri həyata keçirmək.
Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit riskləri bölməsinin rəhbəri” yazmağı unutmayın.