Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Powermark Education Rus dili təlimçisi vəzifəsi üzrə vakansiya elan edir. Fərqli yaş qrupları ilə işləmək bacarıqları olmalıdır.
Powermark Education olaraq 2016-cı ildən etibarən fəaliyyət göstəririk. Tələbə artımını nəzərə alaraq komandamızı işini sevərək görən rus dili təlimçisi ilə gücləndirmək istəyirik.
İş barədə:
- İş qrafiki barədə razılaşmaq mümkündür. Ancaq, tam iş günü təklif edən namizədlərə üstünlük verilir.
- Təhsil mərkəzi tərəfindən müəyyən edilmiş proqram əsasında, fərdi və ya qrup şəklində rus dili tədris edilməsi.
- Tələbələrin inkişafına nəzarət etmək və müntəzəm olaraq yoxlamaq
- Minimal yaş həddi 22 yaşdır.
- Əmək haqqı barədə intervyu zamanı daha detallı məlumat veriləcək. Bu namizədin təcrübəsindən və təklif etdiyi qrafiklərdən asılı olaraq dəyişə bilir.
Namizədə tələblər:
- Rus dili təlimçisi olaraq 1 illik iş təcrübəsi olması üstünlükdür, şərt deyil
- Müvafiq sahədə ali təhsil (Cari, məzun)
- Fərqli yaş qrupları ilə işləmək bacarıqları
- Punktual, işində məsuliyyətli və gələcəyini bu sahədə görənlər
- Eyni anda başqa təhsil mərkəzləri ilə əməkdaşlıq etmək istəyənlər bizə uyğun deyil. Təlimçinin bütün enerjisi ilə və qəlbən bizimlə olması vacibdir.
Maraqlananlar CV formalarını “Rus dili” başlığı qeyd etməklə office@powermark.az email ünvanına göndərə bilərlər.
Daha ətraflı :World Business Centre, 10-cu mərtəbə
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...