Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Korporativ satış üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Öhdəliklərinə məsuliyyətli olmalıdır.
Vəzifə və Öhdəliklər:
- Mövcud müştəri bazasının artırılması və satış həcminin genişləndirilməsi məqsədi ilə Korporativ sığorta üzrə Koordinatorun tapşırdığı sığorta növləri üzrə məhsulların və xidmətlərin inkişafı üzərində işlənilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin məhsullarını və xidmətlərinin yayılması;
- Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya servisinin təqdim edilməsi;
- Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatları yığaraq müvafiq şöbəyə təqdim olunması;
- Ərizə formasını vaxtında müvafiq şöbəyə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsi;
- Sığorta müqaviləsini vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması;
- Mütəmadi olaraq müəyyən edilmiş müddətdə sığorta haqlarını müştərilər tərəfindən ödənilməsinin yoxlanılması və nəzarət edilməsi;
- Potensial müştərilərlə aparılan görüş və danışıqları, göndərilən/təqdim olunan təklifləri, sığorta şərtlərini, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi;
- Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR:
- Biznes və ya marketinq sahəsində ali təhsil;
- Microsoft office (Outlook, Word, Excel, Powerpoint və s.) biliyi;
- Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərində sərbəst danışmaq və yazmaq;
TƏCRÜBƏ:
- Satış-biznesi sahəsində, o cümlədən sığorta sahəsində iş təcrübəsinin minimum 2 il olması.
BACARIQLAR:
- Təşəbbüskarlıq;
- Ünsiyyət qurmaq bacarığı;
- Çalışqan;
- Öhdəliklərinə məsuliyyətli olmaq;
- Dəqiqlik;
- Fikirlərinin aydın izahı;
- İşgüzar məktubların yüksək səviyyədə tərtib etmə;
- Yaranmış vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Problemli vəziyyəti həll etmək;
- Komandada işləmək;
Son müraciət tarixi: 30 mart, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...