Qısa məzmun
Agro Dairy Kiçik Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr;
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları;
- Cəmiyyətin Nizamnaməsi və digər təsisedici sənədlər;
- Müvafiq ixtisas üzrə Ali təhsil
- İş təcrübəsi tələb olunmur
Vəzifə öhdəlikləri:
- Aidiyyəti sahələr üzrə, o cümlədən mülki hüquq, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi
- Cəmiyyətin fəaliyyətinin qanunvericiliyə uyğun təşkili ilə bağlı hüquqi təminat işlərini aparmaq
- Cəmiyyətin fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ bazanı hazırlamaq
- Nümünəvi müqavilələrin tərtibatı və onların təşkilatın struktur bölmələrinə təqdim edilməsi
- Təşkilatın tərəf müqabillərlə bağlanılan müqavilə layihələrinin hazırlanması, yoxlanması və razılaşdırılma işinin təşkili
- Tərəf müqabillər tərəfindən öhdəliklərin yerinə yetirilməsi barədə aidiyyəti üzrə təqdim olunan məlumatların yoxlanması və zərurət olduqda tərəf müqabillərin öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlərin görülməsi
- Öhdəlikləri pozmuş tərəf müqabillərə qarşı şikayətlərin (iddiaların) və onlara aid olan materialların hazırlanması və təsdiqlənməsi
- Şikayət (iddia) lahiyələrinin təşkilatın aidiyyəti struktur bölmələrinə vizalanmaq üçün təqdim olunması
- Cəmiyyətin struktur bölmələrində daxili nəzarət tədbirləri, o cümlədən araşdırmaları, monitorinqlər, xidməti yoxlamaların aparılmasında iştirak etmək
Əlavə məlumat:
- İş yeri –Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kiçik Hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur.