Qısa məzmun
BERC GROUP Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik təhlil və araşdırma bacarığına sahib olmalıdır.
İş barədə məlumat:
- Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil etmək.
- Maliyyə uçotu üzrə hesabatların tərtib edilməsi
- Vergi uçotu üzrə hesabatların tərtib edilməsi
- Satın alınan ehtiyatların maya dəyərinin, istehsalatın maya dəyərinin və satışın maya dəyərinin kalkulyasiyasının aparılması
- Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi
- Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək;
- Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (1C proqramında) düzgün əks etdirilməsinə nəzarət edilməsi;
- Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
- Bəyannamələrin hazırlanması və təqdim edilməsinə nəzarət edilməsi;
- Xidmət göstərilən müştərilərlə işin təşkili və idarə edilməsi;
- Bank əməliyyatının avtorizasiyası, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarətin həyata keçirilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Xidmət göstərilən müştərilərlə cari və növbədənkənar görüşlərin keçirilməsi;
- Xidmət olunan müştərilərin vergi orqanlarında təmsil edilməsi;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi;
- Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
Vəzifəyə dair tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Analoji sahə üzrə minimum 3 il təcrübəsinin olması; (konsaltinq təcrübəsi üstünlükdür) ;
- Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
- 1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
- Mühasibatlıq sahəsində beynəxalq sertifikatların (ACCA) olması üstünlükdür.
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
- Elektron portallarda işləmək bacarığının olması (ƏMAS, e-sosial, e-taxes və s.) ;
- Azərbaycan dili mükəmməl, xarici dil biliklərinin (ingilis, rus) olması üstünlükdür.
Bacarıq və səriştələr:
- Komanda ruhlu olmalı;
- Öyrənməyə həvəsli, aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
- Analitik təhlil və araşdırma bacarığına sahib olmalı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına sahib olmalı;
- Öyrətmə və izah etmək bacarığına sahib olmalı;
- Problemləri həll etmə bacarığı olmalı;
- Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
BERC Group MMC sizə nə vəd edir?
- Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 6 günlük iş rejimi;
- Şirkətdə və qrup şirkətlərinə daxil olan müəssisələrdə karyera yüksəlişi imkanı ;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Korporativ nömrə və danışıq paketi;
Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV – lərini 10.08.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “Baş mühasib” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...