Qısa məzmun
PMD Projects LLC Keyfiyyət təminatı üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İş yüklərini paylamaq
- Tabeçilikdə olan işçilərin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət etmək
- Tabeçilikdə olan işçi prosedurlarını və vəzifə öhdəliklərini yerinə yetirmək
- Məzuniyyət və inkişaf planlarını hazırlamaq və yerinə yetirilməsinə nəzarət etmək
- Layihələrdə Keyfiyyət Təminatının fəaliyyətlərini təşkil və idarə etmək
- Tapşırıq əsasında daxili audit planının hazırlanmasında iştirak etmək
- Tapşırıq əsasında daxili auditin həyata keçirilməsində iştirak etmək
- Daxili audit və gündəlik fəaliyyət zamanı aşkarlanmış tapıntılarla bağlı fəaliyyətlərin həyata keçirilməsinə nəzarət etmək
- KİS ilə bağlı təlimləri təşkil etmək, həyata keçirmək və başqaları tərəfindən həyata keçirilməsinə nəzarət etmək
- Müştəri şikayətləri ilə bağlı razılaşdırılmalı fəaliyyətləri həyata keçirmək
- Müştəri məmnuniyyəti sorğularının qənaətbəxş olmayan nəticələri ilə bağlı tədbirlər görmək
- Keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsində iştirak etmək və onlara çatması üçün tədbirləri hazırlamaq
- Rəhbərllik tərəfindən təhlil üçün tələb olunan giriş məlumatlarını əldə etmək və hesabat hazırlamaq
- KİS daxili və xarici auditin nəticələri haqqında şöbə müdirlərini məlumatlandırmaq
- Tapşırıq əsasında KİS daxili və xarici auditlər zamanı auditorları müşayiət etmək
- Keyfiyyət məqsədləri və Proses Performans Göstəricilərini izləmək və şöbə müdirini məlumatlandırmaq
- KİS üzrə daimi təkmilləşdirmə fəaliyyətlərini müəyyənləşdirmək və şöbə müdirinə təklif etmək
- Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılmasını təşkil etmək və onlara nəzarət etmək
- Keyfiyyətlə bağlı statistik məlumatların alınması üçün müvafiq qeydlərin aparılmasını təşkil etmək və onlara nəzarət etmək
- Keyfiyyət ilə bağlı statistik məlumatları təhlil etmək və təhlildən çıxan nəticəyə uyğun tədbirlər görmək
- KT/KN bilik bazasını aktuallaşdırmaq və inkişaf etdirmək
- Şöbə müdirinin digər oxşar tapşırıqlarını icra etmək.
Tələblər:
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 7 il iş təcrübəsi
- Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yaxşı, Rus dili – arzu olunandır
- Kompüter bacarıqları: MS Office
- İSO 9001:2015 Lead Auditor üzrə sertifikat (İRCA- ya üstünlük verilir) və müvafiq təcrübə
- İMS (İSO 9001:2015, 45001:2018 və 14001:2015) Lead Auditor üzrə sertifikat və təcrübə olması arzu olunandır
Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə email ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...