Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Unicapital Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Ali hüquqi təhsil olmalıdır.
Vəzifə öhdəliyi:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Struktur və bölmələrin iş fəaliyyətində orta çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Cəmiyyətin tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
- Hüquqi məsələlərə dair rəylərin hazırlanması;
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının iclas Protokolların hazırlanması;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Dövlət orqanlarına göndərilən məktub və digər sənədlərin hazırlanması;
- Yeni məhsullar və xidmətlərlə bağlı hüquqi məsələlərin araşdırılması;
- Təlimat, Qayda və Prosedurların ekspertizasının həyata keçirməsi və rəy təqdim edilməsi;
- Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması.
Bacarıqlar:
- Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
- Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
- İşgüzarlıq;
- Komandada işləmək bacarığı
Tələblər:
- Ali hüquq təhsili;
- Hüquq sahəsində 1 ilədək təcrübə;
- Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi (xüsusən hüquqi şəxslər, qiymətli kağızlar bölmələri üzrə), “Qiymətli kağızlar bazarı haqqında” Qanunu üzrə yüksək biliklər, ümumi hüquq düşüncəsinin yüksək olması;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq qabiliyyəti;
- Yüksək səviyyədə Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi (orta səviyyədə rus dili biliyi arzuolunandır);
- MS Office komputer proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı.
Vakansiyaya uyğun namizədlər CV-lərini “Hüquqşünas” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Son müraciət tarixi: 05.08.2022