Qısa məzmun
Aztelekom Korporativ tənzimlənmə üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəlikləri:
- Cəmiyyət daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, normativ sənəd bazasını hazırlamaq, zəruri dəyişiklikləri etmək;
- Müqavilələrə hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
- Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Kvalifikasiya üzrə tələblər:
- Ali hüquq təhsilli;
- Korporativ hüquqşünas sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmaq;
- Mülki, Vergi, Gömrük Məcəllələri, Əmək qanunvericiliyi barədə biliklərə malik olmaq;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək;
- Sahəsinə aid olan sənədləri tərtib edə bilmək;
- Azərbaycan və ingilis dillərini əla bilmək (rus dili arzuolunandır).
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- İşin Planlaşdırma bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
- Yaradıcı və təşəbbüskar olmaq;
- MS Office proqramlarını mükəmməl bilmək.
İş haqqında məlumat:
- Ezamiyyə imkanları (zəruri hallarda)
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri: Bakı şəhəri
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Korporativ tənzimləmə üzrə hüquqşünas” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.