Qısa məzmun
Performance Center Co Avtomobil ehtiyat hissələri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Elektron kataloqdan avtomobil ehtiyat hissələrinin seçilməsi və qiymət araşdırılması;
- Avtomobil ehtiyat hissələri satış nöqtələrinin reyestr bazasının tərtibi;
- Avtomobil ehtiyat hissələri bazarının təhlili və müntəzəm monitorinqi;
- Dövri hesabatların hazırlanması;
- Avtomobil ehtiyat hissələrinin hərəkətinə nəzarət;
- Avtomobil ehtiyat hissələrin təhlili;
- Avtomobil ehtiyat hissələri anbarı ilə işləmək.
Tələblər:
- Ali texniki təhsil;
- Yaş həddi: 25-40;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dilləri arzuolunandır;
- 1C proqramında sərbəst işləmə bacarığı;
- Microsoft Excel yüksək səviyyədə bilməli;
- Komanda ilə işləmək qabiliyyəti;
- Avtomobil ehtiyat hissələri haqqında dolğun məlumatın olması;
- Yaxşı münasibət qurma və danışıq bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-1000 ₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Avtomobil ehtiyat hissələri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Avtobus Servis Sürücüsü
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnikASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Parklanma xidməti üzrə bələdçiAzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...