Qısa məzmun
Yağmur mebel salonu Kargüzar vəzifəsi üzrə vakansiya elan edir.
Ünvan: Babək prospekti 76 c Xalqlar dostluğu dairəsinin yanı.
Öhdəliklər:
- Rəhbərlik və digər əməkdaşlar tərəfindən işlə bağlı tələb olunan sənədlərin çap, scan olunmasını, həmçinin, nüsxəsinin çıxarılmasını yerinə yetirmək;
- Şirkətin hazırda icrası davam edən və keçmişdə icrası bitmiş layihələrlə bağlı bütün sənədləri (elektron və kağız) bir mərkəzdə toplamaq, layihələr üzrə və mahiyyəti üzrə çeşidləmək, hər birinin özünə aid olan qovluqda saxlanılmasını təşkil etmək;
- Bütün sənədlərin həm elektron, həm də kağız nüsxəsinin saxlanmasını təmin etmək;
- Sənədlərin elektron nüsxələrinin vaxtaşırı təyin edilmiş elektron bazada arxivləşdirilməsini həyata keçirmək;
- Sənədlərin ümumi jurnalda və paralel olaraq elektron siyahıda qeydiyyatını aparmaq, ardıcıllıqla nömrələmək;
- Rəhbərlik tərəfindən tapşırılmış və izlənməsi kargüzara həvalə olunmuş işlərin vaxtında icrasını əməkdaşlara xatırlatmaq;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların əməkdaşlara ötürülməsini şifahi olmaqla paralel yazılı formada da icra etmək;
- Ümumi işlə bağlı rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- Məktubların yazılması . Göndərilməsi . Qeydiyyat aparılması .
Namizədə bağlı tələblər:
- Dil biliyi: Azərbaycan dili və Rus dili – arzuolunandır
- Azərbaycan dilində mükəmməl, səlis yazılı və şifahi bilməli;
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını tam sərbəst bilməli;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan);
- Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
- Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş qrafiki.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...