İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Həyat Sığorta Şirkəti ASC İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)

Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər:

  • Cəmiyyətin Müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
  • Sığorta məhsullarının hüquqi ekspertizasını həyata keçirmək;
  • Cəmiyyətdaxili sənədlərin bir-biri ilə, o cümlədən AR mövcud qanunvericiliyi ilə düzgün və uyğun şəkildə tətbiq edilməsinə nəzarət etmək;
  • Dövlət orqanları, hüquqi və fiziki şəxslərin sorğularının cavablandırılmasında iştirak etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət etmək;
  • Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
  • AR qanunvericiliyi ilə nəzərdə tutulmuş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;

Tələblər:

  • Ali hüquq təhsili;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır).

Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “İnsan resursları və hüquq şöbəsinə hüquqşünas/böyük hüquqşünas” qeyd olunmayan “CV”-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı