Qısa məzmun
Halal-P şirkəti Xadimə vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Ofisin daimi təmizliyini təmin etmək;
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək;
- Ofisdə və mətbəxdə nəzərə çarpacaq səliqə-sahman yaratmaq;
- İş prosesində və işdən sonrakı dövrdə əmək fəaliyyəti ilə bağlı proseslərin məxfiliyini saxlamaq;
- Şirkətin daxili prosedur qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər göstərişləri icra etmək.
Tələblər:
- Əmək və daxili intizam qaydalarına əməl etməli;
- İş prosesi ilə bağlı ona məlum olan sirri qorumalı;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və yanğından mühafizə norma və qaydalarına riayət etməli
- İş prosesində lazımı avadanlıqlarla təmin olunmasını tələb etməli
- Səliqəli xarici görünüş
- Kollektivdə işləmək bacarığı
- Mədəni və etik davranış qabiliyyətinə malik olmalı
- Məsuliyyətli, operativ və ciddi olmalı
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə.
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Əmək haqqı: 400 AZN
Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə e-mail ünvanına göndərməyi unutmayın.
Bizimlə iş şən və perspektivlidir!