Qeydiyyatçı menecer
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

BERC Academy şirkəti qeydiyyatçı menecer vakansiyası üzrə işə qəbul elan edir.

İş barədə məlumat:

  • Daxil olan zənglərə cavab verilməsi və təşkilati prosedurlara uyğun olaraq müraciət edənlərin sualarının cavablandırılması.
  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət.
  • Akademiya və xidmətlər haqqında müştərilərə dəqiq və dolğun məlumatların verilməsi.
  • Müəssisənin siyasət və prosedurları barədə məlumat, xidmətlər və yeniliklər barədə daimi məlumatlı olmaq.
  • Təlimlərə müraciət edən şəxslərin qeydiyyatını aparmaq və müqavilələrin bağlanmasını təmin etmək.
  • Valideyn və müəllimlərin imtahan nəticələri haqqında məlumatlandırılması.
  • Tədris işinin təşkilinə köməklik göstərilməsi.
  • Valideyinləri müəllimlər və rəhbərliklə əlaqələndirmək.
  • Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi.
  • Dəvamiyyətin təqibi, dərsdə iştirakın təqibi, valideyinlərə zənglərin edilməsi.
  • Aylıq ödənişlərin qəbulu və müvafiq şöbəyə təhvil verilməsi.

Vəzifəyə dair bilik və bacarıqlar

  • Azərbaycan dili səlis, rus dili danışıq səviyyəsində.
  • Telekommunikasiya və ofis avadanlığından düzgün istifadə qaydaları.
  • Yüksək səviyyədə nitq qabiliyyəti və təqdimat bacarığı.
  • Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
  • Bu sahə ilə bağlı minimum 1 il iş təcrübəsi tələb olunur. Təhsil və ya təlim şirkətlərində təcrübə üstünlükdür.
  • Səmimi, gülərüz, ünsüyyətcil olmalıdır.
  • Problemləri həll etmək bacarığı.
  • Dinləmə və informasiyanı şərh etmək bacarığı.
  • Vaxtın idarə edilməsi bacarığı.
  • Ofis proqramlarını bilməlidir.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır.

BERC Academy sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun sənədləşmə.
  • Rəqabət qabiliyyətli əmək haqqı.
  • Korporativ nömrə və danışıq paketi.
  • Təlim və kurslardan endirimli yararlanmaq imkanı.
  • Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 21.08.2022-ci il tarixinədək hr@bercacademy.az elektron ünvanına mövzu yerinə “qeydiyyatçı menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
  • Veb sayt :      www.bercacademy.az
  • Ünvan: Bakı şəh, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə,44C
  •  Əlaqə nömrəsi: +994 12 310 50 45, +994 10 310 50 45

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı