Qısa məzmun
Halal-P şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Xarici satınalma və təchizat sahəsində təcrübə (texniki biliyi olan, sənaye avadanlıq, elektrik və elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsi olan, beynəlxalq ticarətin əsaslarını bilmək şərtdir)
- İngilis və Rus dillərində yüksək yazı və danışıq bacarığı mütləqdir.
- İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.
- MS Office proqram biliklərin olması vacibdir.
- Bazarı təhlil etmək bacarığı
- Danışıqların aparılması bacarığı
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları
Vəzifə öhdəlikləri:
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalma sənədlərinin hazırlanma bacarığı;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Xarici logistikanı bilməli;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
- Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
- Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək
- Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq fakturanın göndərilməsini tələb etmək, göndərilmiş fakturanı yoxlamaq, alt sənədlərlə birlikdə təsdiq üçün rəhbərinə təqdim etmək, təsdiq aldıqdan sonra ödəmə olunması üçün mühasibatlığa ötürmək
- Ödəniş olunduqdan sonra ödəmə barəsində məlumatı tədarükçüyə göndərmək və yükləmə barədə bütün məlumatları almaq, sifarişlərin müqavilə şərtlərinə uyğun göndərilməsini nəzarətdə saxlamaq
- Göndərməni gecikdirən tədarükçülərdən gecikmənin səbəblərini öyrənmək, rəhbərinə məlumat vermək və müvafiq göstərişə əsasən addımlar atmaq
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdən ibarətdir:
- CV – namizədlərin təcrübəsinin uyğunluğu nəzərdən keçirilir
- Doldurulmuş anket forması – cavablandırma sürəti və anketin məzmununu nəzərdən keçiririk
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər:
- Yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar təchiz edirik;
- Sizə xidmət və məhsullarımız barədə maksimum məlumat verməyə hazırıq;
- Xarici bazarı araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq – uğurlu təcrübəni bölüşmək imkanınız olacaq;
- İş cədvəli: Həftənin 5 günü 9.00-dan 18.00-dək;
Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
- Əmək haqqı: 1000-1500 AZN
- CV-zi vakansiyanın adını qeyd etməklə göndərməyi unutmayın.
- Bizimlə iş şən və perspektivlidir!
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Logistics Internship
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...