Qısa məzmun
Lankaran Springs Wellness Resort Qida və içkilər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Mobil telefon və korporativ nömrə ilə təmin olacaqdır.
Ünvan: Lənkəran rayonu Haftoni qəsəbəsi
Əsas vəzifələr:
- Otelin qayda, prosedur və standartlarına müvafiq olaraq gülərüz və nəzakətlə Otelimizə gələn qonaqları qeydiyyata alır, onlara otaqlar təqdim edir və otelimizi tərk edən qonaqları qeydiyyatdan çıxarır
- Mümkün olduğu hallarda qonaqların xüsusi tələblərini həyata keçirir. Ehtiyac olarsa qonaqlara qeydiyyat kartının doldurulmasına kömək edir. Otaqların satılması və oteldə göstərilən xidmətləri reklam etmək üçün yüksək satış metodlarından istifadə edir. Qonaqların ödəniş etmə metodlarına və kredit-çek proseduralarına və ya nağd pulun kassirə təhvil verilməsinə nəzarət edir.
- Qonaqları otaqlarına müşayiət etmək üçün kuryeri dəvət edir.
- Nəzarət vasitəsi ilə qonaqların oteli tərk etməsi prosesini idarə edir. Qonaqların otaq üçün etdiyi ödənişi qəbul edir. Qonaqların hesablarını müəyyən edir və onlara qayimənin bir nüsxəsini təqdim edir.
- Proseduralara müvafiq olaraq qonaqlara hesabı təqdim etmək, otaqlar üçün ödənişləri qəbul etmək və xarici valyutanın dəyişdirilməsi daxil olmaqla (otel proseduruna müvafiq olaraq) administrativ idarənin nağd köçürmələrinə nəzarət edir. Növbənin sonunda toplanmış nağd pulu yoxlayır.
- Qonaqların bütün suallarına və tələblərinə istər telefon vasitəsilə, istərsə də şəxsən qonaqların özünə nəzakətlə və gülərüzlə cavab verir, məlumat qəbul edir və ya qonaqları məlumatla təmin edir. Müvafiq məsələlər üzrə lazımi tədbirlər həyata keçirir və ya onların həyata keçirilməsi üçün müvafiq şəxslərə tapşırıqlar verir.
- Təmizlik şöbəsinən otaqların vəziyyətini müəyyən edir.
- Otelin gündəlik iş fəaliyyəti və qonaqların qarşılanması daxil olmaqla bütün xidmətlər haqqında məlumatlı olur.
- Otaqların bron edilməsi və əgər tələb olunarsa edilmiş bronların ləğv edilməsi proseduraları haqqında biliklərə sahibdir.
- Öz iş sahəsinin təmizliyini təmin edir.
- Lazımi gəldikdə iş yoldaşlarına yardım edərək və onlarla əməkdaşlıq edərək kollektiv işə hazır olduğunu nümayiş etdirir.
- Tələb edilərsə şirkətin fəaliyyətində və toplantılarında iştirak edir.
- Bütün potensial və həqiqi zədələrin müəyyən edilməsi və dərhal aradan qaldırılmasını təmin etmək
- Otelin işçi heyəti üçün müəyyən edilmiş qanunları və təlimatları bilmək və onlara ciddi şəkildə riayət etmək
- Rəhbərlik tərəfindən ona həvalə edilən digər vəzifələri yerinə yetirmək
Tələblər:
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə minimum 1 il iş təcrübəsi;
- Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları;
- problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
- Qəbul və qeydiyyat əməliyyatlarının bütün aspektləri üzrə biliklər;
Üstünlüklər:
- Dünyaca məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;
- Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
- Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları
- PMD Group rəhbərliyi altında müxtəlif sənaye müəssisələrində karyera imkanları;
- Mobil telefon və korporativ nömrə;
- Bakıdan Lənkərana transfer
- Qalmaq yeri ilə təmin olunma .
- Qidalanma
- Tam rəsmi qeydiyyat
Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...