Qısa məzmun
OBA marketlər şəbəkəsi Təlim və İnkişaf üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Direktorluq: İnsan Resursları
Namizədə dair tələblər:
- Ali təhsil (İnsan Resurslarının İdarəolunması, Biznes İdarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan resurslarının idarə olunması sahəsində ən az 1 il iş təcrübəsi;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və təqdimat bacarığı;
Vəzifə öhdəlikləri:
- Şirkətin təlim və inkişaf ehtiyacı analizinin təşkili və ehtiyaclara əsasən illik təlim planının tərtib ediməsi
- Təlim şirkətləri ilə əməkdaşlıq etməklə təlimlərin keçirilməsinin təşkil edilməsi
- Daxili təlimçilərin müəyyən edilməsi, qiymətləndirilməsi, davamlı inkişafı, daxili təlim materiallarının yoxlanması, təlimlərin effektivliyinin ölçülməsi
- Statistik məlumatların tərtib edilməsi
- İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və uyğun olaraq təlimlərin təşkil edilməsi
- İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi
Əlavə təminatlar:
- Nahar xidməti;
- Servis xidməti;
- Korporativ nömrə ilə təmin edilmə;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günü
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Təlim və inkişaf üzrə mütəxəssis ” yazaraq göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...