Qısa məzmun
Kapital Bank Arxiv şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Arxiv şöbəsinə Baş ofisdən və filiallardan təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
- Qəbul edilmiş qovluq və bağlamaları uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
- Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
- Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
- Təhvil alınmış sənədlərin təhvil – təslim aktlarının elektron reystrinin təşkil edilməsi;
- Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
- Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədlərin müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsinin təmin edilməsi və s.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycanca səlis danışıq və yazı, (Rus dili arzuolunandır);
- Arxiv sahəsi üzrə minimüm 2 il iş təcrübəsinə malik olmaq;
- Tez öyrənmə bacarıqları, problemlərin həlli və həlli yollarını təklif etmək, detallara diqqət, dəqiqlik , təcili işlərə həssaslıq;
- MS office proqramlarında işləmə bacarığı;
- Yaradıcılılıq və təşəbbüskarlıq;
- Özünütənqid və məsuliyyətlilik qabiliyyəti.
Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Müraciət üçün linkə daxil olun: https://hr.kapitalbank.az/
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...