Qısa məzmun
Səba Şirkətlər Qrupu Qida təhlükəsizliyi və keyfiyyətə nəzarət şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Departament/Şöbə: Qida təhlükəsizliyi və Keyfiyyətə nəzarət şöbəsi
Hesabat verir: şöbə müdirinə
Tabeçilikdə işçi: Yoxdur
Namizədə tələblər:
- Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
- Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməli, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır
- Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət və ya oxşar sahə üzrə ən azı 1-2 illik iş təcrübəsinin olması
- Rus və İngilis-dilini bilməsi arzu olunandır
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, müştəri yönümlülük, konfiliktlərin idarə edilməsi
- MS Office programları (Word, Excell, Power-Point, Outlook)
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənətləşdirmə işlərinin icrası;
- Gigiyenik, uyğunluq, idxal, baytarlıq icazələrinin alınması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi;
- Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamaların təşkilində ezamiyələrdə iştirak etmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Səlahiyyətli orqanlarla müqavilələrin yoxlanılması;
- Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
- İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi;
- Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Qida Təhlükəsizliyi Qrupu ilə sistemin nəzərdən keçirmə iclaslarında iştirak etmək;
- Sistemin effektivliyini artırmaq və düzəldici önləyici fəaliyyət tədbirləri görmək;
- Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurlara qərar vermək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq;
- Müştərilərin qida təhlükəsizliyi ilə bağlı şikayətlərini izləmək və qeydlərini aparmaq;
- Hüquqi yoxlamaları müşayiət etmək, uyğunsuzluq aşkar edildikdə lazımi tədbirlərin görülməsi;
- Şöbə rəhbərinin müvafiq tapşırıqlarının yerinə yetirilməsi;
- Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.
CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...