Qarşılama və Satış üzrə Assistent
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Qarşılama və Satış üzrə Assistent vəzifəsi üzrə vakansiya elan edir

İşiniz nədən ibarətdir?

  • Müştəriyə filial daxilində yüksək səviyyədə xidmət göstərilməsi;
  • Həm bankdaxili, həm də xarici müştərilərin müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Müştəri loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması;
  • Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmət və məhsullarla əlaqəli müvafiq tədbirlərin görülməsi;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində və yüksək səviyyədə icrası;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Bank məhsulları üçün çarpaz satışın dəstəklənməsi;
  • Şöbə və qrup rəhbərləri tərəfindən təyin olunmuş tapşırıq və layihələrin planlaşdırılması;
  • Satış şöbəsi əməkdaşlarının görüşlərinin koordinasiyası;
  • Şöbə daxili görüşlərdə müvafiq qeydiyyatların aparılması və lazımi əməkdaşlara ötürülməsi;
  • Bank standartlarına uyğun məktubların hazırlanması, filialla əlaqəli məktubların qəbulu və göndərilməsi;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və müvafiq struktur bölmələrə qeydiyyatının təqdim edilməsi;
  • Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və ya müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 0-1 il
  • Dil bilikləri: İngilis dili (orta), Rus dili (əla), Azərbaycan dili (əla)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və proseslər, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri
  • Digər: Hesabat hazırlama, güclü ünsiyyət, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Qarşılama və Satış üzrə Assistent” qeyd edərək göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı