Qısa məzmun
Baku Electronics LTD Fəhlə üzrə vakansiya elan edir. Müvafiq hesabataları hazırlamalıdır.
Baku Electronics 28 mağaza, onlayn satış və ölkə üzrə diller şəbəkəsi olaraq Qafqaz regionunun ən böyük istehlakçı elektronikası üzrə pərakəndə satış şirkətlərindən biridir.
Bakı və Lənkəran şəhəri mağazaları üzrə hal-hazırda “Fəhlə” vakansiyası mövcuddur!
Vəzifə öhdəlikləri:
- Məhsulları əl və ya əl arabası, forklift, birbaşa qaldırıcı-nəqledici mexanizmlərdən istifadə etməklə yükləyib boşaltmaq;
- 50 kq-a qədər (4 dərəcə) və 50 kq-dan artıq (5 dərəcə) yükləri avtomobillərə və nəqliyyat vasitələrinə yükləyib boşaltmaq;
- Məhsulları daşımaq və anbar daxili kodlaşdırmaya uyğun yerləşdirmək;
- Malları yük maşınına yığdıqda hərəkətini məhdudlaşdırmaq üçün möhkəmləndirmək;
- Müştəriləri gülərüzlə qarşılamaq, hər bir müştəriyə prosedura uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
- Anbar daxilində sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər:
- Komandada işləmək bacarığı;
- Ağır, iri həcmli məhsullara işləmək qabiliyyəti;
- Loyallıq və şirkət qaydalarına riayət etmək;
- Stressə davamlı olmaq.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: Tam iş günü (6 gün), gündəlik 8 saat
- Yaş həddi: 25-40
- Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Fəhlə” və uyğun olan bölgəni (Bakı, Lənkəran) qeyd etməklə cv@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.