Qısa məzmun
SGS şirkəti Kimyaçı Laborant (Zaqatala şəhəri) vəzifəsi üzrə vakansiya elan edir
İlkin vəzifələri:
- Kimyəvi təhlilləri həyata keçirmək və onların nəticələrini hazırlamaq;
- Təhlilin dəqiq və düzgün şəkildə aparılmasına görə məsuliyyət daşımaq;
Əsas vəzifələr:
- Laboratoriya işinin xüsusiyyətlərini və avadanlıqlar ilə bağlı təlimatları bilmək;
- Testlərin etibarlı, obyektiv və düzgün şəkildə həyata keçirilməsini, bütün sənədlərin vaxtında qeydiyyatdan keçməsini təmin etmək;
- Təhlillərin nəticələrinə dair hesabatları vaxtlı-vaxtında təqdim etmək;
- Cihazları və otağı zəruri iş şəraitində təmiz saxlamaq;
- Lazım olduğu təqdirdə kimyəvi məhsulları hazırlamaq
- Yeni test texnikaları ilə tanış olmaq və onları tətbiq etmək;
- Texniki və yanğın təhlükəsizliyi tədbirlərini tanımaq və onlara ciddi şəkildə əməl etmək;
- Laboratoriya Menecerinin təlimatlarına və daxili əmək qaydalarına əməl etmək;
Tələblər:
- Kimya və ya əlaqəli sahələr üzrə Bakalavr dərəcəsi
- Azərbaycan və rus dillərində sərbəst bilməli. İngilis dili biliyi arzuolunandır.
- Microsoft Suite proqramı üzrə yaxşı kompüter bilikləri
İş yeri Zaqatala şəhərində olacaq.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...