Baş mühasib (rəhbər işçi)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Khamsa Insurance and Reinsurance Brokers Baş mühasib (rəhbər işçi) vəzifəsi üzrə vakansiya elan edir

Şəhər:  Bakı

Yaş:  25 – 45 yaş

Cins:  Fərqi yoxdur

Təhsil:  Maliyyə, mühasibatlıq və iqtisad sahəsində ali təhsil

İş təcrübəsi:  Mühasibat uçotunun aparılması sahəsində ən azı 5 il iş təcrübəsi (sığorta fəaliyyəti sahəsində iş təcrübəsi arzu olunandır)

Vəzifə öhdəlikləri barədə məlumat:

  • Maliyyə sahəsinə və mühasibatlığın işinə rəhbərlik etmək;
  • Mühasibat uçotunun 1C 8.3 kompüter proqramı vasitəsilə mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılmasını və müxabirləşmələrin verilməsini təmin etmək;
  • Sığorta brokerinin rüblük və illik maliyyə hesabatlarının tərtib olunmasını və müəyyən edilmiş müddətlərdə Mərkəzi Banka təqdim edilməsini təmin etmək;
  • Vergilərin və icbari ödənişlərin düzgün hesablanmasını və aidiyyəti üzrə ödənilməsini təmin etmək;
  • Sığorta brokerinin təqdim etməli olduğu vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının, maliyyə, idarəetmə və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsini və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək;
  • Vergi orqanından daxil olan kameral məktubların cavablandırılması;
  • Dövlət orqanlarından, müvəkkil banklardan və digər şəxslərdən daxil olmuş, mühasibat uçotu və hesabatlarla bağlı rəsmi məktubları və sorğuları cavablandırmaq;
  • Uçot siyasətinin formalaşdırılması və həyata keçirilməsini təmin etmək
  • Sığorta brokerinin vergi orqanındakı şəxsi kabinetinin onlayn rejimində fasiləsiz olaraq monitorinqini aparmaq;
  • Şirkət tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Göndərilən E-qaimələrin vaxtında və düzgün təqdim edilməsi, gələn E-qaimələrə nəzarət etmək;
  • İşçilərə əmək haqqının, məzuniyyət haqqının, kompensasiyaların, müavinətlərin və sair ödənişlərin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
  • İnternet-bankinq sistemi vasitəsilə bank ödəniş tapşırıqlarının hazırlanması, bank ödənişlərinin həyata keçirilməsi
  • Cəmiyyətin bank hesablarındakı pul vəsaitlərinin hərəkətinə gündəlik nəzarəti həyata keçirmək;
  • İnzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclarının hərəkətinə nəzarət etmək;
  • Gəlirləri və xərcləri təsdiq edən ilkin uçot sənədlərinin düzgün tərtib olunmasına nəzarət etmək;
  • Mühasibat uçotu sənədlərinin qorunub saxlanmasını və vaxtaşırı arxivləşdirilməsini təmin etmək;
  • Maddi qiymətlilərin və əmlakın inventarizasiyasının həyata keçirilməsi;
  • Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq əməkdaşlar tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun, habelə daxili nəzarət sistemi çərçivəsində qəbul edilmiş qayda və prosedurların tələblərinə əməl edilməsinə nəzarət etmək.

İş şərtləri:

  • İş qrafiki: həftədə 5 gün, gündə 8 saat (saat 09:00 –dan saat 18:00-dək)
  • İş yeri:  Bakı şəh., Xətai rayonu, AZURE Biznes Mərkəzi;
  • Əmək haqqı: razılaşma yolu ilə

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu və iqtisadi sahədə ali təhsil;
  • Mühasibat uçotunun aparılması sahəsində ən azı 5 illik iş təcrübəsi (sığorta sahəsində mühasib, yaxud baş mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
  • MS Office proqramlarından, 1C 8.3 kompüter proqramından, BTP proqramından istifadə bacarığı;
  • İnternet-banking sistemi ilə işləmək bacarığı;
  • Beynəlxalq standartları (MHBS), mühasibat uçotu sahəsində qanunvericiliyi, vergi, əmək və sosial sığorta sahəsində qanunvericiliyi bilmək;
  • Sığorta fəaliyyəti sahəsində qanunvericiliyi bilmək;
  • Mülki Məcəllə üzrə ümumi biliklərə malik olmaq;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
  • Riyazi hesablamalar aparmaq və analitik təhlil etmək qabiliyyəti,
  • Mal-materialların uçotunun aparılması üzrə biliklərə malik olmalı;
  • Azərbaycan dilini mükəmməl bilmək,  ingilis dilini yaxşı bilmək, rus dilini bilmək üstünlükdür;
  • Vətəndaş qüsursuzluğuna malik olmaq;
  • Peşəkar mühasib sertifikatının və beynəlxalq mühasibatlıq sahəsində sertifikatların olması üstünlükdür.

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı