Qısa məzmun
Ateshgah Sigorta İsmayıllı filialı üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir
Namizədə tələblər:
- Yaş: 20-35
- Cinsi: Xanım
- Təhsil: Ali və ya orta texniki
- İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan (əla)
- Kompüter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Əsas vəzifə öhdəlikləri:
- Müştəri qəbulu və sənədlərin ekspertizası
- Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
- Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
- Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş yeri: İsmayıllı filialı
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İsmayıllı filialı üzrə əməliyyatçı” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...