Qısa məzmun
Pizza Mizza Audit və videomonitorinq üzrə operator vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə minimum 1 il təcrübə
- Dil bilikləri: Azərbaycan və dili Rus dili
- Yaş 20-30
- Ofis proqramlarının biliyi
- Komandada işləmək bacarığı
- Stresə davamlı, gülərüz, punktual, məsuliyyətli
- Detallara diqqətli
Vəzifələr:
- Şirkətin monitorinq/audit və müştəri məmnuniyyəti üzrə standartlarının təkmilləşdirilməsinə dəstək verir,
- Restoranların gündəlik fəaliyyətinə kameralar vasitəsi ilə nəzarət edir,
- Restoranlarda qida təhlükəsizliyi və təmizlik standartlarına riayət olunmasına nəzarət edir,
- Bütün restoranların salonlarına, mətbəxinə, kassalarına, istehsalata kameralar vasitəsi ilə nəzarət edir, videomonitorinqini həyata keçirir,
- Müştərilərə xidmət prosesində işçilər tərəfindən şirkət qaydalarının pozulması hallarını aşkarlayır və pozuntu anlarının video çəkilişlərini müvafiq olaraq təqdim edir,
- Müştərilərə zəng etmək (geri zəng etmək) və zəng mərkəzi operatorlarının müştərilərlə dialoqlarını dinləyir, sifariş ilə bağlı müştəri şikayətlərinin səbəblərini müəyyən edir, (çatdırılmanın məzmunu müştərinin sifarişinə uyğundurmu, məhsul keyfiyyətsizdirmi və s.)
- Mətbəxdə işçilər tərəfindən sanitar normaların pozulması hallarını izləyir,
- Lazım gəldikdə restoranlara monitorinq səfərlər edir,
- Bütün işçi heyəti tərəfindən daxili qaydalarının pozulması hallarını izləyir, lazım gəldikdə kamera qeydlərini edərək müvafiq məlumatı təqdim edir.
Müştəri məmnuniyyəti üzrə:
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə icrasını təmin edir.
İş şəraiti:
- İş saatları-8 saat
- Nahar şirkət tərəfindən verilir
- Əmək qanunvericiliyinə uyğun iş şərtləri
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən müəyyənləşdiriləcək
Maraqlananlar CV-lərini “Audit və videomonitorinq üzrə operator” başlığı altında elektron ünvanına göndərə bilərlər.