Qısa məzmun
Mars Overseas Baku LTD Feldşer vəzifəsi üzrə vakansiya elan edir.
Deparament: SƏTƏM/Keyfiyyətə nəzarət
Əsas öhdəliklər:
- İstehsalat zədələnmələri, zəhərlənmələr və sağlamlığın qəflətən itirilməsi zamanı ilkin tibbi yardım göstərmək
- Zərurət yarandıqda tibbi yardım üçün müraciət etmiş şəxsləri aidiyyəti üzrə tibbi müalicə-profilaktika müəssisələrinə yönləndirilməsini təmin etmək
- Yeni işə qəbul edilmiş işçilər üçün sağlamlıq pasportunun açılmasını, vaxtaşırı yenilənməsini və dövrü tibbi müayinələrin nəticələrinin qeyd olunmasını təmin etmək
- Dövrü tibbi müayinəyə cəlb ediləcək işçilərin siyahısını (peşələr üzrə) tərtib etmək və həmin işçilərin vaxtaşırı tibbi müayinəyə cəlb olunmasını təmin etmək
- Ofislərdə, yeməkxanalarda, məişət və sanitariya-gigiyena otaqlarında gigyenik şəraitə nəzarət etmək
- Prosedur kabinetində tibbi və təsərrüfat ləvazimatlarını qorumaq və lazımi səviyyədə saxlamaq
- İlkin tibbi yardım manipulyasiyalarını yerinə yetirmək və bu barədə işçilər üçün vaxtaşırı təlimlər təşkil etmək
- Gündəlik olaraq sürücü və operatorları reysqabağı tibbi müayinədən (alkotester, qan təzyiqi, hərarət və s.) keçirtmək
- Dərman preparatlarını və zəruri tibbi ləvazimatları qəbul edib, onları prosedur kabinetində düzgün saxlayıb, xəstələrə təyinata uyğun vermək
- Təcili tibbi yardım şkafında, sahələrdə (bölmələrdə) və nəqliyyat vasitələrində olan təcili tibbi yardım çantalarında dərman preparatlarının mövcudluğuna və istifadə müddətlərinə nəzarət etmək
Əsas tələb:
- Tibbi kollec və ya ali tibbi təhsil
- Vəzifə üzrə 1-3 il təcrübə
- Orta səviyyədə MS Office biliyi
Əlavə məlumatlar:
- İş yeri – Binəqədi rayonu, Sulutəpə qəsəbəsi (Pepsi anbarı)
- Tibbi sığorta
- Korporativ nömrə
- Peşəkar təlimçi tərəfindən təlimlər
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Feldşer” qeyd etməklə göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...