Qısa məzmun
Azmədənistehsal MMC şirkəti Direktor Assistenti vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbə daxilində sənədləşmə işinin aparılmasını icra edir;
- Sənədlərin göndərilməsini icra edir;
- Sənədlərin icra müddətinə nəzarət edir və Direktora məruzə edir;
- Sənədlərin surətini çıxarma, çoxaltma və elektronlaşdırma işini icra edir;
- Direktorun tapşırığı əsasında sənədlərin standart biçimlərini tərtib edir;
- Protokol, məktub, etibarnamə, qərar, əmr, arayış, ərizə, akt və digər sənədləri ehtiyac yaranarsa müxtəlif dillərə tərcümə edilməsi işində iştirak edir;
- Kənar təşkilatlardan gələn məktubları qəbul edir, qeydiyyatını aparır, struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
- Şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinin tərtib etdiyi və kənar təşkilatlar üçün nəzərdə tutulan sənədlərin göndərilməsini təşkil edir və “Xaric olan sənədlər jurnalında” qeydə alır;
- Kənar təşkilatlardan daxil olan sənədlərin qəbul edilməsini və şirkətin baş ofisinin şöbələri və vəzifəli şəxlərinə çatdırılmasını icra edir və “Daxil olan sənədlər jurnalında” qeydə alır;
- Kənar təşkilatlara göndərilən sənədlərin kuryer və ya daxili sürücü əməkdaşlar vasitəsilə göndərilməsini təmin edir;
- Arxivə bilavasitə cavabdehlik daşıyır;
- Kargüzarlıqda başa çatmış sənədləri təşkilatın şöbə və bölmələrindən qəbul edir;
- İş nomenklaturasının işlənib hazırlanmasını icra edir, arxivə təhvil verilməsində onların formalaşmasının və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır;
- Arxivə təhvil verilən sənədlərin uçotunun təşkilini icra edir və dövryyəsinə nəzarət edir;
- Arxivə daxil olan sənədli materialların mühafizəsini və sağlam şəraitdə (quru və səliqəli) qorunmasını təmin edir;
- Daimi və ya müvəqqəti mühafizədə olan sənədlərin siyahıya alınmasını, eləcə də dövlət mühafizəsinə veriləcək sənədlərin və mühafizə vaxtı keçmiş sənədlərin silinməsi və məhv edilməsi aktlarını hazırlayır;
- Şöbə rəhbərlərinin yazılı müraciətləri və Direktorun yazılı icazəsi əsasında arxivdən müvəqqəti olaraq sənədləri verir və onların uçotunu aparır.
Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi
- Təşkilati, analitik və idarəetmə bacarıqları
İş şərtləri:
- 5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri Xırdalan ərazisində yerləşir
- Nahar şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Direktor assistenti” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...