Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Biznes analitik vəzifəsi üzrə vakansiya elan edir.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Biznes proseslərini texniki analizin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırmaq;
- Biznes proseslər üzrə texniki sənəd (istifadəçi və texniki səviyyədə -use case) hazırlamaq;
- Texniki tapşırıq üzrə minimal test planlarının və test senarilərinin hazırlanmasında iştirak etmək;
- Texniki tapşırıq üzrə dəyişikliyi icra dövründə monitorinq etmək və dəyişikliyin tələblərə uyğunluğunu yoxlamaq;
- Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və Bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak etmək;
- Biznes prosesi proqramlaşdırma komandası ilə razılaşdırmaq və görülən işlər barədə hesabatları təqdim etmək;
- Analiz zamanı report hazırlanmasının mümkünlüyünü təmin etmək və yarana biləcək potensial riskləri müəyyən etmək;
- İT departamenti, sifarişçi struktur və digər tərəfdaşlarla (3-cü şəxslər) texniki məsələləri müzakirə etmək və uyğunluğu təmin etmək.
- Agile komanda ilə texniki tapşırıqları müzakirə etmək və komanda ilə görüləcək işləri texniki araşdırmaq;
- Buraxılacaq Rəqəmsal məhsulun strateji yol xərtəsini çəkmək və görüləcək işlər üzrə user story-ləri hazırlamaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Sahə üzrə minimum 2 il iş təcrübəsinə;
- Bank məhsulları barədə biliklərə;
- ATM, Posterminal, Yeni nəsil ödəniş terminalları (üstünlük veriləcək), CRM-sistemləri (arzuolunandır), Bank modulları (Flexcube arzuolunandır), BPM prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə bağlı iş təcrübəsinə;
- Texniki tapşırıq (istifadəçi və texniki səviyyədə sənəd hazırlamaq, ardıcıllıq alqoritmi qurmaq) hazırlamaq bacarığına;
- Verilənlər bazasının (SQL) sorğulanması üzrə biliklərə;
- Xarici dil biliklərinə (Texniki tapşırığı anlamaq və tərtib etmək səviyyəsində);
- Web servis üzrə biliklərə, Arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Server-lərin sorğulanması bacarığına, Sorğulama formatları (JSON / XML) barədə anlayışlara;
- Agile (Scrum) metodologiyası üzrə biliklərə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...