Qısa məzmun
Expert SM Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi, icrasına nəzarət
- E-mail və telefonların cavablandırılması
- Sənədlərin qeydiyyatı, şirkətə daxil olan və şirkətdən göndərilən məktubların qeydiyyatı
- Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək
- Ofis daxili inzibati işlər
- Kuryer şirkətlərlə iş prosesini təşkil etmək
- Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək
- İş qrafiki: B.e.-C- 09:30-dan 18:30-dək(5 günlük iş qrafiki)
- Nahar vaxtı: 13.00-dan 14.00-dək
Namizədə tələblər:
- Cins: Qadın
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti( Rus və ingilis dili biliyi üstünlükdür)
- Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq
- Xoş görünüşlü və ünsiyyətcil
- Təşəbbüskar, qərar qəbul etmə bacarığı
- Müqavilələrin və müxtəlif hesabatların hazırlanması təcrübəsi
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı
- Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir)
- Müvafiq sahədə iş təcrübəsi
Uyğun namizədlər, şəkilli CV-lərini qeyd olunan ünvana göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...