Qısa məzmun
Alltegrity Group Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
- Mühasibatlıq sahəsində ən azı 3-5 illik iş təcrübəsi (Istehsal təcrübəsi olan Baş mühasib kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS Office, BTP və 1C mühasibatlıq proqramından yüksək səviyyədə istifadə bacarıqları;
- İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;
- Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
- Yaxşı rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
- Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus
- Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
Vəzifə öhdəlikləri:
- Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatlar aparacaq;
- Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edəcək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edəcək;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edəcək;
- Vergi orqanları ilə yazışmaları aparacaq, E-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edəcək;
- Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari tibbi sığorta fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin etmək
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edəcək;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi;
Şərtlər:
- İş qrafiki: 5 günlük, (10:00 – 19:00);
- İş yeri: Xırdalan şəhəri
- Əmək haqqı: 2200 AZN – 2500 AZN
Tərcüməyi halınızı 01.09.2022 tarixinə qədər göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
ATB Bank Fond kreditlərinin satışı üzrə aparıcı/baş mütəxəssis/bölmə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...