Qısa məzmun
RT Group academy Hr Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Yaş həddi 24-35
- Maaş 500-800
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Müsahibələrin keçirilməsi (telefon, panel, qrup və case intervyular);
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
- Şirkətin daxili kommunikasiya prosesinin icrasına nəzarət edir;
- Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;
- İşçilərin həvəsləndirilməsi üçün maddi və qeyri-maddi inkişaf tədbirləri tərtib edir və tətbiqinə nəzarət edir.
Vakansiya tələbləri:
- Ali təhsil;
- Sahə üzrə 1-3 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
- Azərbaycan və ingilis dilində səlis danışıq və yazı bacarığı;
- MS Office proqramlarından yüksək istifadə bacarığı;
- İş qrafiki-həftə içi 6 gün: Saat-10:00-19:00
Uyğun namizədlər öz cv-lərini “Hr Menecer“ başlığı ilə career@rtgroup.az mail adresinə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...