Müqavilələr üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SOCAR Downstream Management şirkəti Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Xətti rəhbər: Müqavilələr üzrə Menecer

Müqavilə növü: Müvəqqəti

Vəzifə öhdəlikləri:

  • Müqavilələr şöbəsinə aid olan istənilən sənədin (müqavilə, məktub, dəyişiklik, aktlar və s.) layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması;
  • İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.);
  • Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
  • Potensial podratçılarla müqavilə və kommersiya şərtləri ilə bağlı danışıqların aparılması;
  • İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
  • Dəyişiklik və iddialarla bağlı məsələlərin qiymətləndirilməsi və Müqavilələr şöbəsinin rəhbərliyinə müqavilə/kommersiya təkliflərinin təsdiq və ya rədd edilməsi barədə tövsiyələrin verilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;

Təhsil və Təcrübə:

  • Bundan əvvəl oxşar sahədə ən azı 3 il iş təcrübəsi;
  • Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Neft-qaz sahəsində təcrübə üstünlükdür;
  • Dəyişikliklərin və iddiaların idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • İngilis və Azərbaycan dillərini mükəmməl bilməsi tələb olunur (Rus dilini bilməsi üstünlükdür);
  • Universitet Diplomu (Hüquq, İqtisadiyyat, Marketinq, Biznesin idarəedilməsi, Beynəlxalq Münasibətlər və/ və ya digər oxşar sahələr üzrə Ali təhsil (bakalavr));

Davranış:

  • Kommunikasiya qabiliyyətlərinin olması (aydın və səlist nitq və yazı qabiliyyəti);
  • Təfərrüatlara diqqət yetirən və yüksək təşkilatçılıq qabiliyyəti;
  • Eyni zamanda bir neçə tapşırıq arasında prioritetlərin müəyyən edilməsi və təyin edilməsi qabiliyyətinin olması;
  • Təyin olunmuş son icra tarixlərinə işi çatdırmaq üçün təzyiq altında işləmə qabiliyyəti;
  • Müstəqil və komanda şəraitində işləmə qabiliyyəti;
  • Bütün tapşırıqların icrası zamanı keyfiyyət və etibarlılığa yönəlmiş iş qabiliyyətinin sərgilənməsi;
  • Vəziyyətləri təhlil etmək, problemləri müəyyənləşdirmək və həll yollarını tövsiyə etmək bacarığı;
  • Lazım olduqda mürəkkəb danışıqlara rəhbərlik etmək;

Funksional:

  • Yüksək səviyyədə kompüter bilikləri (məsələn, Microsoft Word, Excel və PowerPoint);
  • Dəyişikliklərin və iddiaların idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Xüsusi layihələrdə layihələrin idarəedilməsi sahəsində təcrübə üstünlükdür;
  • Həcmli və küllü miqdarda müqavilələrin idarəedilməsində təcrübə;

Müraciət forması:

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə göndərməyiniz xahiş olunur. Elan üzrə müraciətçilərin hər biri dəyərləndiriləcək və eyni imkanlar veriləcəkdir.

Müraciət üçün son tarix: 04.09.2022.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı