İnsan Resursları üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razlılaşma yolu ilə. Bonus. Corn Processing Company İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Oğuz şəhəri
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 700 –  AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbə

İşin təsviri:

  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə  uygun işçilərin işə qəbulu, işdən azad olunmaları, vəzifə dəyişikliyi, mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işləri yerinə yetirmək;
  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi;
  • Fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlamaq;
  • Kadrlar üzrə perspektiv planları işləyib hazırlamaq;
  • Kadr axının səbəblərini öyrənmək, onun aradan qaldırılması üçün tədbirlər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • İxtisas və attestasiya komissiyalarına lazım olan materialları hazırlamaq, attestasiya komissiyasının işində bilavasitə iştirak etmək;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq;
  • Şəxsi işlərin arxivini aparmaq;
  • Vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsini təşkil etmək;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə vaxtında təqdim edilməsini təmin etmək;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 1 il 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır)
  • Bölgələrdən olan namizədlərə üstünlük veriləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı