Qısa məzmun
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Tarix müəllimi (Azərbaycan bölməsi) vəzifəsi üzrə vakansiya elan edir
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan bölməsi üzrə tarix müəllimi vəzifəsinə müraciət etmək üçün tarix sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı namizədin bilik və bacarıqları əsasənda təyin olunacaqdır.
Əmək haqqı: 1000 – 1200 Part-time
Namizədə tələblər:
- Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
- Rus dilində mükəmməl danışma və yazma bacarığı;
- Azərbaycan dilində tədris etmə bacarığı üstünlükdür.
- Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə ; Beynəlxalq məktəbdə iş təcrübəsi üstünlükdür.
- 11-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istrəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.
- İngilis dili biliyi namizəd üçün üstünlükdür.
Öhdəliklər:
- Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
- Məktəbin tədris planının tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
- Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
- Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
- Məşğuliyyət tam iş günü nəzərdə tutulur.
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn, Tarix Müəllimi ) qeyd olunmaqla, elektron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir. Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.
Son müraciət tarixi: 02.09.2022
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...