Qısa məzmun
AAC MMC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Məsuliyyət və vəzifələri:
- Şirkət direktorunun bütün işlərinə köməklik etməli, işin gedişatının yaxşılaşması məqsədilə yeni ideyaların verilməsi
- Lazımi sifarişlərin verilməsi;
- İclaslar zamanı konfrans zalının hazırlanması;
- Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq
- Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi)
- İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək
- Məktub dövriyyəsinin qeydiyyatını aparmaq, müqavilə və digər rəsmi sənədlərin uçotu və arxivləşdirilməsi.
Tələblər:
- Cinsi-qadın
- Yaş həddi: 25-35 yaş
- Ali təhsili;
- Kompüterlə işləmək bacarığı;
- Azərbaycan və rus dillərini bilmək; (ingilis dili arzuolunandır)
- Ofis meneceri üzrə ən azı 3 il stajı;
- Kommunikabellik;
- Məsuliyyətlilik;
- Diqqətlilik;
- Geniş dünyagörüşü;
- Əlaqələndirmə bacarığı.
İş yeri Qaradağ ray,Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Əmək haqqı -Müsahibə əsasında təyin olunur.
İş rejimi – 5 günlük
Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək elektron ünvanına göndərməlidirlər.
Oxşar vakansiya siyahısı:
700 — 1000 ₼
Korporativ Satış TəmsilçisiPRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə təcrübəçi (HR intern)
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
İnsan resursları üzrə kiçik mütəxəssis
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İR üzrə Direktor
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...