Qısa məzmun
BEAT Group restoranlar şəbəkəsi “Ofisiant” vəzifəsi üzrə bəy və xanım ofisiantlar axtarışındadır.
BEAT Group restoranlar şəbəkəsi “Ofisiant” vəzifəsi üzrə bəy və xanım ofisiantlar axtarışındadır.
İşin təsviri:
- İş saatı: Növbəli olaraq müəyyən olunacaq, həftədə bir dəfə istirahət.
- Əmək haqqı: 400-450 əmək haqqı + %
- Nahar və uniforma restoran tərəfindən verilir
- Peşəkar böyümə və inkişaf
- İşə qəbul AR Əmək qanunvericiliyinə əsasən həyata keçirilir.
Vəzifə öhdəlikləri:
- Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək.
- Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək.
- İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və qonaqların yemək və içki sifarişlərini qəbul etmək.
- Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək.
- Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq.
- Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək.
Namizədə olan tələblər:
- Ofisiant kimi 1-3 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Azərbaycan və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Ofisiant” qeyd edərək CV-lərini job@beat.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...