Qısa məzmun
Impler Agency Kreativ Kopirayter / Kreativ direktor vəzifəsi üzrə vakansiya elan edir.
Impler Digital kommunikasiya agentliyi Kreativ kopirayter axtarır. Gələcəkdə Kreativ Direktor olmaq potensialına malik bu əməkdaş SMM və reklam sahəsində kopirayter kimi təcrübəyə və portfolioya malik olmalı, agentliyimizdə reklam mətnləri, ideyaları və konsepsiyalarının hazırlanmasının məsuliyyətini üzərinə almalıdır.
Vəzifə öhdəlikləri:
- Sosial Media üçün kreativ konsepsiyalar, yaradıcı kampaniya təkliflərini təqdim etmək;
- Sosial Media üçün kreativ post ideyaları vermək, postlar üçün yazılar hazırlamaq;
- Kampaniyalar üçün sloqanlar hazırlamaq;
- Video kontentlər və video çarxlar üçün ssenarilər üzərində işləmək;
- Ehtiyac olduğu halda bütün növ reklam, PR kopirayt işləri həyata keçirmək.
Axtardığımız namizədin portreti:
Biz reklam industriyasının aşiqini axtarırıq. O, müxtəlif reklamların insanlara düzgün mesajı necə verməli olduğunu aydın təsəvvür etməlidir. Təkcə sözlü yox, təsviri düşünməyi də bacarmalı, bu bacarığı inkişaf etdirməlidir. İşində kreativ yanaşma sərgiləmək üçün fərqli baxış bucağına malik olması şərtdir. Bunun üçün araşdırmaqdan yorulmayan, yaradıcılıq potensialını davamlı inkişaf etdirən biri olmalıdır.
Tələbər:
- Mükəmməl Azərbaycan dili
- Reklam industriyası haqqında bilikli olmaq;
- Güclü analiz və kreativ düşüncə;
- Layihələr işləyib təqdim etmək qabiliyyəti, biliyi, təcrübəsi;
- Ən azı bir xarici dili (rus və ya ingilis) bilmək böyük üstünlükdür;
- Bu sahə üzrə azı 1 illik agentlik təcrübəsi olması böyük üstünlükdür.
- Yaş və cinslə bağlı heç bir məhdudiyyət yoxdur.
Biz vəd edirik:
- Super komanda və peşəkar iş mühiti;
- Maraqlı layihələr, yerli və beynəlxalq brendlərlə öz potensialını ortaya qoymaq imkanı;
- Şəhərin mərkəzində yerləşən ofis və Macbook Air noutbuku
Maaş: Namizədin təcrübəsi və potensialına uyğun olaraq təyin ediləcək.
Müraciət:
Müraciət üçün CV və Portfolionu göndərə bilərsiniz.
Məktubun başlığı: Elə başlıq olsun ki, sizi fərqləndirsin. Portfoliosuz və standart başlıqlı məktublara baxılmayacaq.
Seçim qaydası:
Uyğun namizədlərlə CV göndərdiyi andan etibarən 96 saat ərzində əlaqə saxlanılacaq. Elan müvafiq namizəd tapılana kimi qüvvədədir.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...