Qısa məzmun
Ateshgah Sigorta Kargüzarlıq şöbəsinin mütəxəssisi (Personal Assistant) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 23-35
- Təhsil: Ali
- İş təcrübəsi: azı 1 il katib kimi təcrübə
- Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
- Biznes yazışma bacarıqları, biznes etikası bilikləri
- Böyük həcmli məlumatlarla işləmək
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
- İdarə Heyəti sədrinin və şirkətin rəhbərliyinin iş tapşırıqlarını yerinə yetirmək
- İdarə Heyətinin sədrinin iş gününü planlaşdırmaq
- Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi
- Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkili
- Ziyarətçilərin görüşlərinin təşkili
- İşgüzar yazışmaların aparılması
- İdarə Heyətinin sədrinin işgüzar səfərləri təşkili (biletləri sifarişləri, mehmanxanalarda bron və s.)
- Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi müvafiq informasiya sistemı vasitəsi ilə yoxlanılması və ehtiyyac yarandıqda hazırlanması
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Əmək haqqı: 500 AZN (Net).
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) e -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “ Personal Assistant” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...