Qısa məzmun
Zeytun Pharmaceuticals Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
- İş təcrübəsi : 3-5 il (hüquq sahəsində);
- AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti;
- Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
- Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
- Məhkəmə işlərinin aparılması.
İş şəraiti:
- İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Tibbi siğorta ilə təmin olunma;
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə vakansiyanın adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.