Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Emsa Baku Mağaza meneceri (Madame Coco,Decoria) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- 27-45 yaş həddi;
- Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
- Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
- Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
- Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
- Analitik təhlil qabiliyyətinə sahib olmalı;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
- İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;
Vəzifə öhdəlikləri:
- Satış departamentinin iş prinsiplərinə uyğun olaraq mağazanın işinə nəzarət etmək;
- Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
- Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
- Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
- Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
- Mağazanın işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
- Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
- Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
- İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
- Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar• Bazar araşdırmaları aparılması və müştəri ehtiyaclarının məyyənləşdirilməsi;
- Satış analizlərinin həyata keçirilməsi və rəqiblərlə müqayisəli analizlərin aparılması;
- Satış kampaniyalarının təşkil edilməsi;
- Rəqib şirkətlərin qiymət və satış strategiyaları barədə təhlillərin aparılması.
- Müştərilərlə işgüzar danışıqların və satışın həyata keçirilməsi
- Satışın inkişaf etdirilməsi üzrə təkliflər planının hazırlanıb rəhbərliyə təqdim olunması
- Rəhbərliyin tələb etdiyi hesabatların vaxtında hazırlanıb təhvil verilməsi
İş şəraiti:
- İş saatı Əmək qanunvericiliyinə uyğun tənzimlənir.
- Əmək haqqı namizədin bilik və bacarığına görə tənzimlənir.
- İşə qəbul Əmək Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir
Uyğun namizədlər şəkilli CV-lərini e-mail ünvanına mağaza meneceri başlığı ilə göndərə bilərlər.( Xahiş edirik ki, ancaq tələblərə uyğun namizədlər CV göndərsin)
Oxşar vakansiya siyahısı:
İnci Group Of Commpanies Merçandayzer ( Sumqayıt ərazisi üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...