Boru quraşdırıcısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Boru quraşdırıcısı vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilini sərbəst bilməlidir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
  • Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olmaq;
  • Müxtəlif diametrli boruların, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.),dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarmaq, bu işləri müvafiq prosedurlara və standartlara uyğun icra etmək;
  • Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olmaq;
  • İş sahəsində alətlərlərdən, ləvazimatlardan, quraşdırma vasitələrindən, fərdi mühafizə vasitələrindən müvafiq prosedura və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə etmək.

TƏHSİL/TƏCRÜBƏ:

  • Orta-texniki təhsil;
  • Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
  • Metalların və boruların növləri/tərkibi barədə məlumatlı olmalı;
  • Verilmiş cizgilər əsasən metal hissələri və boruları quraşdırmağı bacarmalı;
  • Azərbaycan dilini sərbəst bilməli;
  • Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.

ƏLAVƏ MƏLUMATLAR:

  • Əmək haqqı razılaşma əsasında;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi – Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Boru quraşdırıcısı” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“STP” MMC irqi, rəngi, dini, cinsi, milli mənşəli, yaşı, əlilliyi və genetikası nəzərə alınmadan bütün işçilərinə və müraciət edənlərə bərabər iş imkanlarını təqdim edir. Dövlət qanunlarının tələblərinə əsasən, “STP” MMC-yə istənilən ərazidən müraciət edən namizədlərin/işçilərin işə qəbulunda ayrı-seçkilik etmir və bunu qayda-qanunlara uyğun olaraq həyata keçirir. Bu siyasət işə qəbul, işə götürmə, yerləşdirmə, vəzifə artımı, xitam vermə, geri çağırılma, yerdəyişmə, icazə, kompensasiya və təlim daxil olmaqla bütün qayda və şərtlərinə şamil olunur.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı