Qısa məzmun
Sinteks Group of Companies İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə Mütəxəssis tələb olunur.
Vəzifənin rolu:
İnsan Resursları üzrə Mütəxəssisin rolu departamentin fəaliyyətinin administrativ bölməsinə dair sənəd prosesini təşkil etmək, işə qəbul, işdən çıxış və vəzifə dəyişikliyi ilə bağlı məlumatları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazasına daxil etməkdir.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi qovluğu üçün sənədləri hazırlayır
- Elektron Hökumət portalına və İR ERP sisteminə tələb olunan məlumatları daxil edir və yeniləyir
- İşə qəbul, işdən çıxış və vəzifə dəyişikliklərinə dair sənədləri hazırlayır
- İntizam tənbehinin tətbiqinə dair sənədləşmə aparır
- Bank kartları və əmək kitabçalarını sifariş edir
- İllik məzuniyyət planını hazırlayır
- Məzuniyyətləri rəsmiləşdirir və “əmək qabliyyətinin olmaması” vərəqələrini toplayır və ERP sistemə daxil edir
- Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlayır və ERP sistemə daxil edir
- Əmək haqqı prosesi ilə bağlı məlumatları ERP sistemə daxil edir
- İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir
Əsas tələblər:
Təhsil:
- Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
- İR Administrasiyası üzrə sertifikat
Təcrübə:
- İR Administrasiyası üzrə ən az 2 il iş təcrübəsi
Professional biliklər:
- İR Administrasiyası
- Əmək qanunvericiliyi
- MS Office və ERP Programları
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Zamanın idarəolunması
- Problem həll etmə
- Məsuliyyət
- Detallara diqqət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...
Saglam Catering şirkəti İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...