Qısa məzmun
Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası Referent/Katibə vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Kargüzarlığın aparılması, kompüter vasitəsilə müxtəlif əməliyyatların yerinə yetirilməsi;
- Birbaşa rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi;
- Baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubların qəbul edilməsi, qəbul edilmiş qərara əsasən onlara cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə ötürülməsi;
- Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması;
- Qonaqların qarşılanması;
- İşlərin müvafiq qaydada təşkili və icrası;
- Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlərin tərtib edilməsi və məktub müəlliflərinə cavabların hazırlanması;
- Məlumatların konfidensiallığının qorunması;
- Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə, təyinatı üzrə yönləndirilməsi və məruzə edilməsi;
Namizədə dair tələblər:
- Ali təhsilli;
- Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
- İşgüzar yazışmalar aparmaq qabiliyyəti;
- MS Office (Word, Excel, PowerPoint, Outlook) kompüter bacarıqları (sərbəst işləmək);
- Ofis avadanlıqları ilə işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı;
- İşgüzar münasibət etikası;
- Səliqəli xarici görünüş;
- Qeyd olunan sahədə əmək stajı 1 ildən 3 ilə
İş şərtləri:
- Həftə içi 5 gün : 09:00 – 17:00-dək, (nahar vaxtı saat 13:00-14:00).
- Əmək haqqı – Müsahibə əsasında
- Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Son müraciət tarixi: 14.09.22
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...