Qısa məzmun
Elektron Hökumətin İnkişafı Mərkəzi Kommunikasiyalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l7u3114j
Təsvir
- Mərkəzin baxışı, missiyası və dəyərlərinin auditoriyaya düzgün kommunikasiyasının təmin edilməsi;
- Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
- Media məsələlərinin idarəsində dəstək göstərilməsi;
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
- Mərkəzin rəsmi vebsaytının və digər kommunikasiya kanallarının idarə edilməsi;
- Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
- Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
- Press-relizlər, korporativ təqdimatlar və redaksiya tələb edən məzmunlar da daxil olmaqla, Mərkəz daxilində kommunikasiya üçün nəzərdə tutulan materialların hazırlanmasında dəstək göstərilməsi;
- Mətbuatın gündəlik izlənilməsi;
- Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili və ingilis dili bilikləri yüksək səviyyədə, rus dili biliyi üstünlükdür;
- Media ilə iş, jurnalistika və kommunikasiya sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- MS Windows, MS Office, Internet – yüksək səviyyədə istifadə bacarığı (digər proqramları bilmək üstünlükdür).
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...