İşə Qəbul üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. ATEF Şirkətlər Qrupu MMC İşə Qəbul üzrə Mütəxəssis vəzifə üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri

Əmək haqqı: 800-1000 AZN

İş şəraiti:

  • Tam sosial təminat (məzuniyyət və s.)
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
  • Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
  • Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
  • Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
  • İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
  • Kadr bazasının hazırlanması və yenilənməsi;
  • Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
  • İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
  • Sınaq müddəti təyin edilməsi və izlənməsi;
  • Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
  • İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

Tələblər:

  • Ali təhsilli,
  • Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
  • Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
  • CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
  • MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
  • Bəy namizədlərə üstünlük veriləcəkdir.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “İşə Qəbul üzrə Mütəxəssis” Mövzu bölməsində göstərin.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı