Qısa məzmun
Bestcomp Group Biznes Təhlilçi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Kritik biznes tələbləri doğru başa düşmək üçün maraqlı tərəflərlə işləmək bacarığı.
- Biznes ehtiyacların/tələblərin ilkin təhlili, ardıcıllığın təşkili və aydınlaşdırılması, həmçinin, dəyişiklik üçün spesifikasiyaları nəzərdən keçirimək/formalaşdırmaq.
- Təhlil nəticələrinin sənədləşdirilməsi və ötürülməsi, o cümlədən SRS/FRS, istifadə nümunəsi/istifadəçi ssenarilərinin, ilkin və ya qaralama dizayn çizimlərinin və s. hazırlanması.
- Bütün maraqlı tərəflərin gözləntilərini təmin etmək üçün biznes tələbləri funksional tələblərə çevirmək və sadələşdirmək.
- Spesifikasiyaları düzgün başa düşmələrini təmin etmək üçün məhsulun inkişafı komandası ilə işləmək.
- Əməliyyatlar və strateji dəyişikliklər üçün innovativ həllərin hazırlanması.
- Həlllərin biznes ehtiyaclarına və tələblərinə cavab verməsini təmin etmək.
- Dəyişikliklərin həyata keçirilməsi ilə bağlı yüksək səviyyəli rəhbərliklə qarşılıqlı əlaqədə olmaq, danışıqlar həyata keçirmək və inandırıcılıq qabiliyyətinə malik olmaq.
- Hesabat vermək və edilən dəyişikliklərin təsirini vurğulamaq üçün təqdimat etmək bacarıqları.
- İş görüşləri və təlim sessiyaları keçirmək, məntiqi nəticələr çıxarmaq üçün məlumat modellərini təhlil etmək.
- Dəyişikliklərin idarə edilməsi/təlim planının hazırlanmasına kömək etmək üçün sistem ssenarilərini sənədləşdirmək və təsirə məruz qalan rolları müəyyənləşdirmək üçün təlim qrupu ilə işləmək.
Bacarıqlar:
- Maraqlı tərəflərin səmərəli cəlb edilməsi.
- Güclü analitik və problem həll etmə bacarıqları.
- Tənqidi düşünmə və qərar qəbul etmə qabiliyyətləri.
- Texniki Bacarıqlar.
- Mürəkkəb anlayışları aydın şəkildə çatdırmaq və bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək bacarığı.
- Əməkdaşlıq və Komanda işi.
- Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarığı.
- Yaxşı dinləyicilik və ünsiyyətcillik qabiliyyəti.
- Müsbət münasibət.
- Güclü İş Etikası.
- Təzyiq altında və sıx iş qrafikində təmkinliyini qoruya bilmək.
- Tələblərin təhlili, sənədləşdirmə və yazı bacarıqları.
İşçinin bilməli olduğu əsas tələblər:
- Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyi.
- Şirkətin idarəetmə sistemi ilə bağlı metodiki və normativ materiallar.
- Biznes risklərinin qiymətləndirilməsi sənədlərinə dair tələblər.
- Şirkətdaxili prosedurlar, UX/UI Designer ilə bağlı təlimatlar
- ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri tələbləri üçün Beynəlxalq Standart
- ISO 45001: 2018 İş Sağlamlığı və Təhlükəsizliyi Sistemləri üçün Beynəlxalq Standart tələbləri.
- ISO 27001:2013 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi tələbləri üçün Beynəlxalq Standard tələbləri
Şəxsi texniki xüsusiyyətləri:
Diplom: İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Marketinq üzrə bakalavr dərəcəsi.
Təcrübə: Proqram təminatı layihələri üzrə biznes təhlilçi kimi 3+ illik təcrübə.
Xüsusi təcrübə sahələri:
- Biznes təhlili.
- İQT-nin (UAT) dəstəklənməsi və əlaqəli qüsurların idarə edilməsi.
Kompüter bacarıqları:
- MS Office, Visio, Jira, Confluence, Microsoft Azure Dev/Ops və bəznəri Agile alətləri. Figma.
- Baza SQL bilikləri.
- Balsamiq və ya hər hansı bir ilkin dizayn/qaralama alətləri.
Dil bilikləri: Azərbaycan mükəmməl, Rus və İngilis yaxşı (yazı və oxuma).
Maraqlanan namizədlər mövzu hissəsində “Biznes Təhlilçi” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.
Son müraciət tarixi: 23.09.2022
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...