Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Əsas və yardımçı avadanlıqların, yükqaldıran maşın və mexanizimlərin mürəkkəb olmayan birləşmələrini və mexanizmlərini sökmək, təmir etmək və yığmaq
- Sadə mexanikləşdirmənin köməyi ilə hissələrin və birləşmələrin yerini dəyişdirdikdə, onları yığdıqda və sökdükdə takelaj işlərini yerinə yetirmək
- Yükqaldıran mexanizmlərin və ləvazimatların köməyi ilə hissələrin və birləşmələrin şaquli və üfüqi səth üzrə yerlərinin dəyişdirilməsində takelaj işlərini yerinə yetirmək
- Takelaj avadanlıqları və ləvazimatları sınaqdan keçirmək
- Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək
- Avadanlıqların təmir olunmuş qovşağının və mexanizminin sınaqdan keçirməyə, təzyiq altında yoxlamağa və yük altında istismara verilməsi ilə sazlanmaya hazırlamaq və yoxlamaq
- Quraşdırılan sistem elementlərini yerində uyğunlaşdırmaq
- Qol boru və keçidləri yerində hazırlamaq
- Şablon üzrə detalları nişanlamaq, oyuqları deşmək, yivli və flanslı birləşmələri yığmaq
- Mexanizm düyünlərini və polad sürüşən qəlib elementlərini quraşdırmaq və sökmək
- Metalkonstruksiyanı düzəltmək, bitişmə yerlərini quraşdırıcı boltlarla bərkitmək
- Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etmək
Tələblər:
- Müvafiq sahədə 1 ildən çox iş stajı
- Müvafiq sahədə təhsilin olması arzu olunandır
- İstehsalat avadanqlıqlarının təmiri sahəsində iş təcrübəsi
- Nizam-intizamlı olmalı, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
- Əməyin mühafizəsinə, təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğından mühafizənin qayda və normalarına riayət etmək
Əmək şəraiti:
- İş qrafiki: növbəli, 08:00 – 20:00; 20:00 – 08:00.
- İş məkanı: Bakı şəhəri, Keşlə Qəsəbəsi, Ulduz Şokalad Fabriki
- Yemək və servis təminatı mövcuddur
- Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Oktyabr tarixinədək emailin mövzu hissəsində “Çilingər” və ad , soyad qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.