Qısa məzmun
Sapphire Hotels Group Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi müddəalar:
- Hazırkı vəzifə təlimatı Anbardarın əmək funksiyaları, öhdəlikləri, hüquqları və ona qarşı tələbləri müəyyən edir.
- Bu işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müəssisənin Direktoru tərəfindən işə təyin edilir və işdən azad edilir.
Əmək funksiyaları:
Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:
- Anbarın gündəlik işlərində kömək edir. Malları qəbul edir və onları səliqəli şəkildə anbardakı müvafiq yerlərinə yerləşdirir. Sifarişin dəqiq yerinə yetirilməsini təmin etmək məqsədilə qəbul edilən malların alış əmrindəki siyahıya uyğun olaraq təchiz edilib-edilmədiyini yoxlayır. Tez xarab olan malların dövriyyəsini elə təşkil edir ki, mehmanxanada həmin mallar daima təzə olsun.
- Malları anbardan çıxararaq şöbələrə gətirir. Sifarişin dəqiq yerinə yetirilməsini təmin etmək məqsədilə şöbələrdən mal tələbi məqsədilə daxil olmuş ərizələrdəki malların çəkisini, sayını yoxlayır, malların hər birinin lazımi göstəricilərə uyğun olub – olmadığını yoxlayır.
- Göstəriş əsasında inventarizasiya aparır. İnventar siyahılarının bütün yemək, içki və digər məhsulları əhatə etməsinə çalışır.
- Mehmanxana / şöbə toplantılarında iştirak edir.
- Səhiyyə normalarına uyğun olması məqsədilə mehmanxanalarda istifadə edilən standart təmizlik vasitələri ilə anbarda ümumi təmizlik işləri həyata keçirir
- Mehmanxananın gündəlik fəaliyyəti haqqında məlumata malik olmaq.
- Treyninqlərdə müntəzəm olaraq iştirak etmək və treyninqlərdə əldə etdiyi bilikləri gündəlik işində istifadə etməli.
- Otel daxilində keçirilən treyninqlərdə iştirak etməli.
- Təhlükəsizlik texnikasına aid treninqlərdə iştirak etməli.
- Mövcud standartlar çərçivəsində verilən bütün tapşırıqları yerinə yetirir.
- İş yerini təmiz və səliqəli saxlayır.
- Rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
Tələblər:
Bu vəzifəyə namizəd olan şəxslər aşağıdakı bilik, bacarıq və qabiliyyətlərə malik olmalı, vəzifəyə aid əsas funksiyaları, vəzifənin icrasını asanlaşdırıcı tədbirlərin həyata keçirilib – keçirilməməsindən asılı olaraq icra edə bildiyini nümayiş etdirməlidir:
- “Sapphire Hotels Group” MMC şirkətinin bütün sahələrdəki iş strategiyasının tələblərinə əməl etmək.
- “Sapphire Hotels Group” MMC şirkətinin tətbiq və müəyyən etdiyi siyasət və proseduralara əməl etmək.
- İşçi ilə qarşılıqlı razılaşma əsasında bu vəzifə təlimatı, namizədin fəaliyyəti ərzində istənilən vaxt dəyişdirilə və genişləndirilə bilər.
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
Əmək haqqı: 450 AZN
Müraciət etmək üçün:
Şəkilli CV-nizi e-poçt ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində vakansiyanı qeyd etməyə unutmayın.
Göstərilən vakansiyaya uyğun gəlməyən namizədlərin CV-lərinə baxılmayacaq!
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...