Qısa məzmun
Ə/h 300 AZN + Bonus. Uniform Express Telemarketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzu olunandır.
Əsas vəzifə və öhdəliklər:
- Gözəl və səlis diksiya
- Potensial müştəri siyahısını satış departamenti ilə razılaşdırıb telemarketinq fəaliyyətini həyata keçirmək
- Potensial müştərilərlə görüşlərin alınması
- Zənglərin qəbul edilməsi
- Daxil olan və gedən zənglərin analitikasının həyata keçirilməsi
- Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi
- Şirkət xidmətləri və kapaniyalar, yeniliklərlə bağlı müştərilərin məlumatlandırılması
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti;
- Müştərilərə xədimətlərimizi təqdim etmə bacarığı;
- Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti və riyazi biliklər, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Digər Tələblər və İmkanlar:
- Bakalavr təhsili (arzu olunandır);
- Azərbaycan dilində səlis danışmaq, Rus dili arzu olunandır
- Ünsiyyət qura bilmə bacarığı
- İşində dəqiq, məsuliyyətli və nizam-intizamlı olmalı
- Kollektivlə işləmə bacarığı olmalı
- Həftədə 5 gün 09:00 – 18:00 arasında iş saatları
- Korparativ nömrə ilə təmin olunma.
- Əmək haqqı – 300 AZN + satışdan bonuslar
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Telemarketinq üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@uniexpress.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...