Qısa məzmun
Əh razılaşma yolu ilə. Rabitabank OJSC Korporativ Hüquq Şöbəsinə Hüquq Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fə Öhdəli̇kləri̇:
- Kreditlər və həmin kreditlər üzrə öhdəliklərin təminatı ilə bağlı sənədlərin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bank fəaliyyəti ilə əlaqədar müvafiq məhsullar üzrə müqavilələri, standart şərtli müqavilələri və digər müqavilələri hazırlamaq;
- Bütün növ müqavilələrin, sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, onların bankın mənafeyi və qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Bankda təchizat və satınalma işinin təşkili ilə əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək;
- Bütün növ bank əməliyyatları ilə bağlı müvafiq struktur bölmələrdən daxil olan sorğuları cavablandırmaqla hüquqi dəstək göstərmək;
- Azərbaycan Respublikasının Qanunvericiliyinin əsaslarını, bank fəaliyyətinə dair normativ hüquqi aktları bilmək;
- Azərbaycan Respublikasının mülki, mülki prosessual, əmək, inzibati, vergi hüququnun əsasları üzrə müəyyən biliklərə malik olmaq.
Vəzi̇fəyə Olan Tələblər:
- Ali hüquq təhsil;
- Korporativ hüquq sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Mülki, əmək, bank qanunvericiliyi və bank fəaliyyətinə nəzarəti həyata keçirən orqanların normativ xarakterli aktlarını bilmək;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Fikrin strukturlaşdırılmış şəkildə izah edilməsi bacarığı;
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi üstünlük təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquqşünas” göstərməyiniz xahiş olunur.
Əlaqə üçün:
Telefon: (012) 598 44 88;
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33